Oğurluq etmiş Xırdalan şəhər sakini Turac Məmmədova tutulmuşdur
03.03.2016Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulmuşdur. Ondan 0,207 qram heroin götürülmüşdür.