Şəmkir rayonunun Seyfəli kəndində yol-nəqliyyat hadisəsi
03.03.2016Martın 3-də saat 21 radələrində Şəmkir rayonunun Seyfəli kəndində rayon sakini Eşqin Qasımovun idarə etdiyi “VAZ-217230” və Tovuz rayon sakini Taqəddin Yusifovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Qasımov və 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.