Oğurluq etdiyinə görə tutulmuş Elnur Səmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
28.02.2016Fevralın 27-də oğurluq etdiyinə görə tutulmuş Elnur Səmədovun ətrafında Şəki ŞRPŞ və Goranboy RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Şəki rayon sakini Sərxan Seyidovla birgə daha 3 evdən pul, qızıl və gümüş əşyalar oğurlamaları müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Seyidov da tutulmuşdur.