Oğurluq etmiş Xırdalan şəhər sakini Tural Abbasov tutulmuşdur
28.02.2016Fevralın 28-də Nəsimi rayonu ərazisindəki qazanxanalardan birindən pəncərədən girmək yolu ilə orada işləyən Anar Əliyevə məxsus 2 ədəd mobil telefon oğurlanmışdır.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Abbasov tutulmuşdur.