Ağdaş rayon sakini Rəbiyə Abdullayeva yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür
28.02.2016Fevralın 23-də saat 10 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsində Bakı şəhər sakini Bəyxan Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Rəbiyə Abdullayevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş R.Abdullayeva orada ölmüşdür.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.