Gün ərzində 100 cinayət faktı qeydə alınmışdır
16.02.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.