Avtomobildən şüşəni sındırmaq yolu ilə maqnitofon oğurlamış paytaxt sakinləri Elnur Zeynalov və Rüfət Şükürlü tutulmuşlar
16.02.2016Fevralın 16-na keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Ramin Tağıyevə məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə maqnitofon oğurlanmışdır.
Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Elnur Zeynalov və Rüfət Şükürlü tutulmuşlar.