Bakı şəhər sakini Anar Hacıyevə tapançadan açdığı atəşlə xəsarət yetirmiş Fəzail Qədirov tutulmuşdur
16.02.2016Fevralın 16-da paytaxtın Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Anar Hacıyev qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gəlmiş və tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 14-də saat 21 radələrində S.Vurğun küçəsində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Fəzail Qədirovun münaqişə zəminində tapançadan açdığı atəşlə A.Hacıyevə xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirov tutulmuşdur. O, hadisəni “Makarov” markalı tapança ilə törətdiyini və sonradan onu dənizə atdığını bildirmişdir.
Araşdırmalar aparılır.