İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşının icarəyə götürdüyü “Toyota” markalı avtomobil körpüdən kanala aşmışdır
08.02.2016Fevralın 8-də saat 20 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü “Toyota” markalı avtomobili idarə edərkən körpüdən kanala aşırmışdır. Nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölmüş, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.