Xaçmaz şəhərində yaşayan B.Səlimov koma halında xəstəxanaya gətirilmişdir
08.02.2016Fevralın 8-də Xaçmaz şəhərində yaşayan Babək Səlimov baş nahiyəsinin ağır dərəcədə əzilməsi diaqnozu ilə koma halında xəstəxanaya gətirilmişdir. Araşdırmalar zamanı B.Səlimovun elektrik mühərriki ilə işləyərkən mühərrikə bərkidilmiş yonqar daşının sınaraq onun gicgah nahiyəsinə dəyməsi nəticəsində xəsarət alması müəyyən edilmişdir.