Ağdam rayonunun Əfətli kəndində yaşayan N.Əliyevin həyətindən 3 inək oğurlayanın şəxsiyyəti müəyyən edilmişdir
08.02.2016Fevralın 8-nə keçən gecə Ağdam rayonunun Əfətli kəndində yaşayan Novruz Əliyevin həyətindən 3 inək oğurlanmışdır.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Şirinov tərəfindən törədilməsi müəyyən edilmişdir. Ona məxsus yardımçı təsərrüfata baxış zamanı fevralın 3-də rayon sakini İlham Hüseynovun həyətindən oğurlanmış 13 qoyundan 1-i aşkar edilərək sahibinə qaytarılmışdır.