Binəqədi rayonunun S.Məmmədova küçəsindəki qorunan mağazalardan birindən oğurluğa cəhd göstərmiş paytaxt sakini K.Məmmədov saxlanılmışdır
07.02.2016Fevralın 6-da saat 05.40-radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsindəki qorunan mağazalardan birindən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş paytaxt sakini Kərim Məmmədov saxlanılmışdır. Müşahidə kameralarına baxış keçirilərkən onun həmin gün saat 04 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsindəki qorunan mağazalardan birindən də oğurluğa cəhd göstərməsi müəyyən edilmişdir.
K.Məmmədov Binəqədi RPİ 4-cü PB-yə təhvil verilmişdir. Ondan 0,2 qram heroin aşkar edilərək götürülmüşdür.