Cəlilabad şəhər sakini İ.Babayevə məxsus mağazadan oğurluq etmiş şəxslər tutulmuşlar
07.02.2016Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da İlqar Babayevə məxsus mağazadan tərəzi və posterminal oğurlamış şəhər sakinləri Fateh Muradov, Yusif Əhmədov, Samir İsmiyev və Kamran Abdullayev tutulmuşlar. Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 mağazadan oğurluq etmələri, habelə K.Abdullayevin noutbukunu oğurlamaları da müəyyən edilmişdir.