Ötən il noyabrın 28-də A.Zeynalovaya məxsus gözəllik salonundan oğurluq etmiş şəxslər tutulmuşlar
07.02.2016Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 28-də Aynurə Zeynalovaya məxsus gözəllik salonundan oğurluq etmiş Gəncə şəhər sakini Nikolay Miroşiçenko və Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Şahmurad Xudaverdiyev tutulmuşlar. Ətraflarında aparılmış tədbirlərlə onların yanvarın 16-da daha bir aptekdən və şirniyyat evindən oğurluq etmələri də müəyyən edilmişdir.