Bərdə rayon sakini F.Musayevin həyətindən 96 baş qoyun oğurlamış üç nəfərdən ikisi tutulmuş, bir nəfər isə müəyyən edilmişdir
07.02.2016Ağdam və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Bərdə rayon sakini Famil Musayevin həyətindən 96 baş qoyun oğurlamış həmyerliləri Sərvər Nəcəfov və Elşən Hidayətzadə tutulmuş, digər 1 nəfər isə müəyyən edilmişdir.