Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi avtomobilə baxış zamanı 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülmüşdür
30.01.2016Yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi “Ford” markalı avtomobil saxlanılmışdır. Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülmüşdür.