İsmayıllı şəhər sakini Rövşən Nurməmmədova xəsarət yetirmiş Şahin Əsgərov tutulmuşdur
30.01.2016Yanvarın 30-da Hacıqabul rayonunun Nəvahi qəsəbəsindəki kafelərdən birində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Əsgərov xuliqanlıq zəminində orada aşpaz işləyən İsmayıllı şəhər sakini Rövşən Nurməmmədovun baş nahiyəsinə balta ilə xəsarət yetirmişdir. R.Nurməmmədov xəstəxanaya yerləşdirilmişdir.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əsgərov tutulmuşdur.