Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi
30.01.2016Yanvarın 30-da saat 18 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Xəqani İsmayılov vurulmuşdur. X.İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.