Oğurluq etmiş Sumqayıt şəhər sakinləri Samir Nəcəfov, Elşad Həsənov və Şabran rayon sakini Paşa Əkbərov tutulmuşlar
24.01.2016Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də “Murad Aqro” MMC-nin inzibati binasından 45 manat və görüntü kamerasının yaddaş qurğusunu oğurlamış şəhər sakinləri Samir Nəcəfov, Elşad Həsənov və Şabran rayon sakini Paşa Əkbərov tutulmuşlar. S.Nəcəfovun və E.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Famil Rəhimova məxsus mağazadan 5985 manat oğurlamaları da müəyyən edilmişdir.