Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.01.2016Yanvarın 24-də saat 07 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əlibəy Abbaszadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ələddin Quliyevi vurmuşdur. Ə.Quliyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.