Oğurluğa cəhd göstərmiş Lənkəran rayon sakini Cəbrayıl Kərimov tutulmuşdur
24.01.2016Yanvarın 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Abşeron rayon sakini Araz Oruczadəyə məxsus mağazadan oğurluğa cəhd göstərmiş Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayıl Kərimov Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və 10-cu PB-yə təhvil verilmişdir. Araşdırmalar zamanı C.Kərimovun həmin ticarət mərkəzində daha 2 mağazadan məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.