Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Şəmkir şəhər sakinləri Emin Səfərli və Fərid Mustafazadə tutulmuşlar

21.01.2016

Yanvarın 19-na keçən gecə Şəmkir şəhərində şəhər sakini Səməd Rzayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə 100 manat, 4 ədəd mobil telefon və danışıq kartları oğurlanmışdır.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Emin Səfərli və Fərid Mustafazadə tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün şəhər sakini Bəxtiyar Bilalova məxsus dönərxanadan 3 ədəd mobil telefon oğurlamaları da müəyyən edilmişdir.

21.01.2016 tarixinə olan kriminal məlumatlar