Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi
21.01.2016Yanvarın 21-də saat 13 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Sumqayıt şəhər sakini Pərvanə Səlimovanın idarə etdiyi “Hyundai” və Lənkəran rayon sakini Mahir Qasımovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Qasımovun sərnişini, arvadı İlhamə Qasımova xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.