Tərtər rayon sakini Murad Mehdizadə tutulmuşdur
21.01.2016Ötən il dekabrın 30-dan cari il yanvarın 21-dək olan müddətdə Səbail rayonu ərazisindəki ticarət mərkəzlərindən birində naməlum şəxs Bakı şəhər sakinləri Elman Şirinovu, Şair Mirzəyevi və Namiq İbrahimovu aldadıb mobil telefonlarını almışdır.
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakini Murad Mehdizadə tutulmuşdur.