Biləcəri qəsəbə sakini Ş.Qurbanova saxta əskinaslar satmış Bakı şəhər sakini İ.Qasımov saxlanılmışdır
19.01.2016Yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satmasını bildirmişdir.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılmış, ondan 5000 rubl saxta əskinas götürülmüşdür.