Tovuz rayonunda Ş.Əliyevə zor tətbiq edərək pulunu və mobil telefonunu almış şəxslər tutulmuşlar
19.01.2016Yanvarın 17-də Tovuz rayonunda yerləşən Qovlar dəmir yolu stansiyasında şəxsiyyəti məlum olmayan 3 nəfər, Hacıqabul rayon sakini Şirinbala Əliyevə zor tətbiq edərək 227 manatını və mobil telefonunu almışdır.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Valeh Qafarov və Elşən Alıyev tutulmuşlar.