Abşeron rayonu ərazisindən S.Hüseynova məxsus avtomobili qaçırmış şəxslər tutulmuşlar
19.01.2016Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Abşeron rayonu ərazisindən Sənan Hüseynova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Niyyətəli Mənafov, Naftalan şəhər sakini Teymur Əliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Abbasov tutulmuşlar.