Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əmlak bölgüsü zəminində Sumqayıt şəhər sakini R.Ağayevanı qətlə yetirmiş şəxslər tutulmuşlar

18.01.2016

Yanvarın 18-də Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Rəfiqə Ağayevanın küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmlak bölgüsü zəminində törətmiş qardaşı, əvvəllər məhkum olunmuş Şahbaz Xəlfəyev, arvadı Şəhla və oğlu, əvvəllər məhkum olunmuş İslam tutulmuşlar.

18.01.2016 tarixinə olan kriminal məlumatlar