Qəbələ rayon sakini Y.Cabbarovun evində təbii qazın sızmasından partlayış baş vermişdir
18.01.2016Yanvarın 18-də saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölmüşdür.
Araşdırma aparılır.