Qaradağ rayonunun Ələt qəsəbəsində "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşmuşdur
18.01.2016Yanvarın 18-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Ağdaş rayon sakini Zahir Bayramovun idarə etdiyi “Mercedes” və Orxan Qarayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə O.Qarayev hadisə yerində ölmüş, sərnişini Təbriz Zeynalov isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.