Paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində “Lada-Priora” markalı avtomobillə iki piyada vurulmuşdur
17.01.2016Yanvarın 17-də saat 21 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada-Priora” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Antonina Kuznetsovanı və Ariana Kuznetsovanı vurmuşdur. Nəticədə Antonina Kuznetsova hadisə yerində ölmüş, Ariana xəstəxanaya yerləşdirilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.