Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə yanğın baş vermişdir
17.01.2016Yanvarın 17-də saat 19.40-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə yanğın baş vermişdir. Nəticədə məktəbin 1200 kvm. sahədə yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət alan olmamışdır (yanğının elektrik naqillərinin qısa qapanması nəticəsində baş verməsi ehtimal olunur).