Sumqayıt şəhərində “VAZ-2107” markalı avtomobillə şəhər sakini M.İbrahimov vurulmuşdur
17.01.2016Yanvarın 17-də saat 06 radələrində Sumqayıt şəhərində şəhər sakini Rauf Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Miryaqub İbrahimovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş M.İbrahimov orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.