Sumqayıt şəhər sakini İ.Mürsəlova məxsus avtomobilin texniki müayinəsi zamanı onun mühərrik nömrəsinin qaçırılmış avtomobilə aid olması müəyyən edilmişdir
15.01.2016Yanvarın 14-də BDYPİ-nin Qeydiyyat və İmtahan Şöbəsinə alqı-satqı məqsədilə müraciət etmiş Sumqayıt şəhər sakini İlham Mürsəlova məxsus “TOFAŞ” markalı avtomobilin texniki müayinəsi zamanı avtomobilin mühərrik nömrəsinin ötən il oktyabrın 12-də Yasamal rayonu ərazisindən qaçırılmış “TOFAŞ” markalı avtomobilə aid olması müəyyən edilmişdir.
İ.Mürsəlov izahatında avtomobili Bakı şəhər sakini Rövşən Zərbəliyevdən etibarnamə əsasında almasını bildirmişdir.
Faktla bağlı müvafiq tədbirlər həyata keçirilir.