Sumqayıt şəhər sakini T.Mehdiyevə məxsus avtomobilin texniki müayinəsi zamanı onun ban nömrəsinin qaçırılmış avtomobilə aid olması müəyyən edilmişdir
15.01.2016Yanvarın 14-də BDYPİ-nin Qeydiyyat və İmtahan Şöbəsinə alqı-satqı məqsədilə müraciət etmiş Sumqayıt şəhər sakini Telman Mehdiyevə məxsus “VAZ-21074” markalı avtomobilin texniki müayinəsi zamanı avtomobilin ban nömrəsinin ötən il oktyabrın 5-də Yasamal rayonu ərazisindən qaçırılmış “VAZ-21074” markalı avtomobilə aid olması müəyyən edilmişdir.
T.Mehdiyev izahatında avtomobili Bakı şəhər sakini Baladəmir Quliyevdən etibarnamə əsasında almasını bildirmişdir.
Faktla bağlı müvafiq tədbirlər həyata keçirilir.