Balakən rayon sakini X.Yolçuyevin evinə quldurluq məqsədi ilə girmiş dörd şəxsdən ikisi tutulmuş, digərlərinin isə şəxsiyyəti müəyyən edilmişdir
15.01.2016Noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalmış qapıdan girmiş şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskada olmuşdur), onu və ailə üzvlərini bıçaqla hədələyərək pul vermələrini tələb etmiş, pul olmadığı bildirildiyindən oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk etmişlər.
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev tutulmuş, digərlərinin isə şəxsiyyəti müəyyən edilmişdir.