Ötən ilin oktyabrında Salyan rayonu ərazisindəki “Azercell Telekom” şirkətinə məxsus stansiyanın ərazisindən kondisioner oğurlamış rayon sakini Q.Babayev tutulmuşdur
15.01.2016Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin oktyabrında rayon ərazisindəki “Azercell Telekom” şirkətinə məxsus stansiyanın həyətində olan konteynerdən kondisioner oğurlamış rayon sakini Qadir Babayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 30-da da həmin stansiyanın həyətindən kondisioner oğurlaması müəyyən edilmişdir.