Füzuli rayon sakini Tural Abbasovu qətlə yetirmiş Şərur rayon sakini Sadiq Fətullayev tutulmuşdur
05.01.2016Yanvarın 4-də Səbail rayonunun Bülbül prospektindən 25-30 yaşlı kişi ayaq nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və qanitirmədən ölmüşdür.
DİN Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilənin Füzuli rayon sakini Tural Abbasov olması müəyyən edilmiş və hadisəni törətmiş Şərur rayon sakini Sadiq Fətullayev tutulmuşdur.