Bakı şəhər sakini Məryəm Namidzadənin meyiti yaşadığı evində tapılmışdır
05.01.2016Yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılmışdır. M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlanmasını bildirmişdir.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.