Arvadı Vüsalə Əsədovanı qətlə yetirmiş Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan Gəncəvi Sadıqov tutulmuşdur
05.01.2016Yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş V.Əsədova orada ölmüşdür.
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulmuşdur.