Paytaxtın Nizami rayonunda yaşayan Aidə Məmmədovanın evində yanğın baş vermişdir
05.01.2016Yanvarın 5-də paytaxtın Nizami rayonu E.Sülaymanov küçəsində yaşayan Aidə Məmmədovanın evində yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, tüstüdən zəhərlənmiş A.Məmmədovaya və qonşuları L.Cabbarlıya, H.Cabbarovaya və N.Səmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.