Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yol-nəqliyyat hadisəsi
06.12.2015Dekabrın 6-da saat 11 radələrində Biləsuvar rayonunun Aşağı Cürəli kəndində rayon sakini Mənsur Bayramovun idarə etdiyi “VAZ-21154” və Astara rayon sakini Əlvan Şəfiyevin idarə etdiyi “MAN” markalı yanacaq daşıyan avtomobillər toqquşduqdan sonra “MAN” markalı avtomobil aşmışdır. Nəticədə “VAZ” markalı avtomobildə olan 4 sərnişin hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.