“İmpuls-AR” MMC-yə məxsus anbardan oğurluq etmiş orada fəhlə işləyənlər Cəsarət İlyasov və Qalib Quliyev tutulmuşlar
06.12.2015Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Pirəkəşkül qəsəbəsində “İmpuls-AR” MMC-yə məxsus anbardan 1200 manat dəyərində tikinti materiallarını qəsəbə sakini Azər İsayevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə yükləməklə oğurlamış orada fəhlə işləyənlər Cəsarət İlyasov və Qalib Quliyev tutulmuşlar.