Quldurluq etdiklərinə görə tutulmuş Bakı şəhər sakinləri Həsən Məmmədov və İsa Hümbətovdan narkotik vasitələr götürülmüşdür
06.12.2015Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Elvin Məhərrəmovun 1125 manat pulunu quldurluq yolu ilə almış Bakı şəhər sakinləri Həsən Məmmədov və əvvəllər məhkum olunmuş İsa Hümbətov tutulmuşdur. H.Məmmədovdan 5,47 qram, İ.Hümbətovdan bıçaq, idarə etdiyi “Priora” markalı avtomobilə baxış zamanı isə 10,56 qram marixuana da aşkar edilərək götürülmüşdür.