Bakı şəhər sakini R.Muradova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Ağdaş rayon sakinləri İ.Muradov və H.Xudaverdiyev saxlanılmışlar
04.12.2015Dekabrın 4-də Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində Bakı şəhər sakini Rüfət Muradova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Ağdaş rayon sakinləri İntizam Muradov və Həsrət Xudaverdiyev Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış 5-ci PB-yə təhvil verilmişlər.