Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi
04.12.2015Dekabrın 4-də saat 05 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Tərtər rayon sakini İldırım Bəylərov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanmış Astara rayon sakini Əli Şükürovun idarə etdiyi “DAF” markalı yük avtomobilinə vurmuşdur. Nəticədə İ.Bəylərovun 6 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Gültəkin Xəlilova orada ölmüş, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
BDYPİ tərəfindən araşdırma aparılır.