Bərdə şəhərində “VAZ-2107” markalı avtomobillə rayon sakini S.Ağayev vurulmuşdur
04.12.2015Dekabrın 4-də saat 20 radələrində Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurmuşdur. R.Malıyev avtomobilində yaralını xəstəxanaya aparadıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi vurmuşdur.
R.Hacıyev xəstəxanaya yerləşdirilmişdir.
S.Ağayev isə xəstəxanada ölmüşdür.Bərdə RPŞ tərəfindən araşdırma aparılır.