Yevlax rayon sakini Ruslan Abdullayevə bıçaqla xəsarət yetirdiyinə görə tutulmuş Elgün Cəfərzadənin digər cinayət əməli də müəyyən edilmişdir
20.11.2015Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon sakini Ruslan Abdullayevə bıçaqla xəsarət yetirmiş həmyerlisi Elgün Cəfərzadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, həmyerliləri Nadir Babayev, Çingiz Mahmudov və Elvin Şahverdiyevlə birgə noyabrın 18-də Nazlı Bayramovanın yaşadığı evə açıq qalmış qapıdan girib onu bıçaqla hədələyərək əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıb oradan 800 manat və qızıl əşyalar aparması da müəyyən edilmişdir.
Həyata kerçirilmiş əməliyyat tədbirləri ilə N.Babayev və Ç.Mahmudov tutulmuşlar.