Cəlilabad rayonunun Əliqasımlı kənd sakini Nurəddin Abıyevə məxsus evdə yanğın baş vermişdir
20.11.2015Noyabrın 20-də saat 11 radələrində Cəlilabad rayonunun Əliqasımlı kənd sakini Nurəddin Abıyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə 20 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra N.Abıyevin azyaşlı oğlu Xəzərin yanmış meyiti tapılmışdır.