Avtomobil ehtiyat hissələri oğurlamış Gürcüstan vətəndaşı Rəşad Əliyev və Dəllər qəsəbə sakini Əli Yusifov tutulmuşlar
20.11.2015Noyabrın 11-nə keçən gecə Şəmkir şəhərində Dəllər qəsəbə sakini Ramin Hüseynova məxsus mağazadan dam örtüyü sökülməklə avtomobil ehtiyat hissələri oğurlanmışdır.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Rəşad Əliyev və Dəllər qəsəbə sakini Əli Yusifov tutulmuşlar.